Qarabağ ermənilərinin təhlükəsizliyi Azərbaycanın tərkibində mümkündür - ABŞ SƏFİRİ

Xəbərin çap versiyası
Tarix: 4-07-2023, 15:43


Vaşinqton inanır ki, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi Azərbaycanın tərkibində təmin oluna bilər.

Civilazerbaijan.com
bildirir ki, bunu ABŞ-ın Yerevandakı səfiri Kristina Kvin Ermənistanın İctimai Televiziyasına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, ABŞ çoxdan bəyan edir ki, "Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi qorunmalı, danışıqlar aparılmalıdır, onun nəticələri region sakinlərinin hüquq və təhlükəsizliyini müdafiə edəcək". "Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağdakı adamlar özlərini öz evlərində, öz mühitində təhlükəsiz hiss etməli, dinc ailə həyatı qurmaq imkanlarına malik olmalı və öz icmalarında iştirak etməlidirlər. Buna görə də ABŞ inanır ki, nizamlanma üzrə danışıqlar çərçivəsində sözügedən prinsiplər təmin edilməlidir", - Armenia Today ABŞ səfirindən sitat gətirib. Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin qorunmasını təmin etmək üçün birlikdə hərəkət etməlidirlər və onlar "müvafiq zəmanətlərin vacibliyini bəyan ediblər".

"Qalır buna yol tapmaq", - "Sputnik - Armeniya" Kvinin sözlərindən sitat gətirib.

“Bakı və Xankəndi arasında dialoqun təşkili mümkündürmü?” sualının cavabında diplomat bildirib ki, istənilən müzakirə və danışıqlar sülh yolu ilə nizamlanmaya nail olmaq üçün doğru yoldur.

Bakı və Yerevan arasındakı danışıqlarda Rusiyanın roluna toxunan amerikalı diplomat "Ukraynadakı təcavüzkar hərəkətlərinə görə" Kremli "etibarsız tərəfdaş" adlandırıb, Turanın məlumatında qeyd olunur.

Beləliklə, ABŞ səfirinin sözlərindən belə çıxır ki, Vaşinqton hesab edir ki, Qarabağ ermənilərinin hüquqları məsələsi Azərbaycanın tərkibində həll olunmalıdır və onlar yerli icmalar səviyyəsində idarəçiliyə cəlb oluna bilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz