Adı Söyüdlü etirazlarında hallandırılan Nazim Baydəmirli həbs olunub

Xəbərin çap versiyası
Tarix: 5-07-2023, 17:27


Nərimanov Rayon Məhkəməsi keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Civilazerbaijan.com
bildirir ki, o, Cinayət Məcəlləsinin 182.2.4 maddəsi - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ittihamı ilə həb edilib. Bu maddə ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulub.

İş adamı Nazim Bəydəmirli məhkəmədə bildirib ki, ittiham qondarmadır, heç bir əsası yoxdur. O bildirib ki, zəzərçəkmiş şəxs qismində şikayət verən vətəndaşla eyni şirkətdə payçılardan biri olub.

Bəydəmirli vurğulayıb ki, şikayətçi özü olduğu halda, onu çağırıb təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb ediblər. Vəkil Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Vəkil Aqil Layıc qeyd edir ki, Nazim Bəydəmirli iyunun 20-21-də Gədəbəyin Söyüdlü kəndində baş verən polis zorakılığına qarşı etiraz etdiyindən həbs olunub.

Söyüdlü sakinləri kənddə salınacaq ikinci sianidli tullantı gölünün yaradılmasına qarşı etiraz edirdilər. Hökumət göldə monitorinq aparıb insanlara narahat olmamağı tapşırıb. Etirazlardan sonra kəndə polis qüvvələri gətirilib. Kənd 13 gündür ki, blokadadır.

Qeyd edək ki, Bəydəmirli iyulun 4-də saxlanılıb. O, saxlanıldıqdan sonra vəkilinə zəng edib və Gədəbəy rayonunun Söyüdlü kəndindəki iğtişaşlarla bağlı mövqeyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.

Keçmiş deputat KİV-ə müsahibəsində yerli sakinlərin kənddə yerləşən qızıl mədəni müəssisəsinin fəaliyyətinin insanların sağlamlığına və ətraf mühitə zərərli təsiri haqqında iddialarının əsaslı olduğunu bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz