Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: ölən və yaralanan var

Xəbərin çap versiyası
Tarix: 24-07-2023, 15:14


Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.

Civilazerbaijan.com
bildirir ki, nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Məlumata görə, hərbi sursatın partlaması nəticəsində Mehman Əhmədov hadisə yerində ölüb.

Şirvan şəhər, Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz