Akif İslamzadə "Şöhrət” ordeni ilə təltif edilməsinə münasibət bildirib

Xəbərin çap versiyası
Tarix: 14-08-2023, 15:35


"Əvvəl eşitdim, amma inanmadım. Dedim bəlkə səhv edirlər, sonra gördüm yox, jurnalistlər zəng edir, təbrik edirlər”.

Civilazerbaijan.com
bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında tanınmış müğənni Akif İslamzadə Prezident İlham Əliyevin onu "Şöhrət” ordeni ilə təltif etməsi ilə bağlı sərəncamından danışarkən deyib.

Müğənni qeyd edib ki, onunla bağlı belə belə bir sərəncamın veriləcəyinə gözləmirmiş:

"Gözlənilməz oldu. Mənə indi məlumat veriblər, xəbərim yox idi. Sözsüz ki, sevindim. Belə xəbərə sevinərlər də”.

Qeyd edək ki, Prezident Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif İslamzadəni "Şöhrət” ordeni ilə təltif edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz