Qubad İbadoğlunun ABŞ-də yaşayan oğlunun evinə basqın edilib
Tarix: 21-08-2023, 16:05
Müxalif siyasətçi Qubad İbadoğlunun ABŞ-də yaşayan oğlu Emin Bayramovun yaşadığı evə basqın edilib.
Civilazerbaijan.com yerli KİV-ə istinadən bildirir ki, bu haqda avqustun 21-i həbsdə olan ADRP sədrinin oğlu məlumat yayıb.
Emin Bayramov hadisənin Azərbaycan dövlət orqanları tərəfindən törədildiyi qənaətindədir.
“Çox qorxuludur ki, bu qədər yaxın gələ bilirlər. Bunlar hamısı Azərbaycan dövlətindən gözlənilən bir şeydir. Beynəlxalq hüquq müdafiəçilərilə danışdım, dedilər ki, bu klassik taktikadır, səni qorxutmağa çalışırlar. Elə bil, göz dağı verirlər ki, biz burdayıq, səni tanıyırıq. Polisə şikayət etmişəm. Ancaq mən qorxmuram. Atamı orda tutublar, yemək vermirlər, dərman vermirlər, ölümə məhkum ediblər. Az da olsa qorxum yoxdur və görüşlərimi davam etdirəcəm. Kimlər bunu edibsə, onlar başa düşməzlər ata sevgisi nədir, ölkə sevgisi nədir. Onlarda bu yoxdur” - , o bildirib.
Basqın zamanı müxalifətçiyə aid sənədlər oğurlanıb.
Xatırladaq ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Azərbaycan hökumətini ADRP sədri Qubad İbadoğlunu azadlığa buraxmağa çağırıb.
Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını iddia etsə də, müxalifətçi siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər