Ağdam yolu açılır - ARAİK ARUTYUNYAN

Xəbərin çap versiyası
Tarix: 23-08-2023, 13:37


Ermənistanın "Qraparak" nəşri bildirib ki, avqustun 22-də Qarabağ separatçılarının lideri Araik Arutyunyan Təhlükəsizlik Şurasının iclasını keçirib və Ağdam yoluyla "ticarətə başlamaq" barədə qərarın qəbul edildiyini deyib.

Civilazerbaijan.com
bildirir ki, yaxın vaxtlarda Karen Matevosyanın komandanlığı altında Arutyunyanın tərəfdarlarının bu yolda quraşdırılmış beton maneələri sökəcəkləri gözlənilir.

Arutyunyan onu da bildirib ki, "Ağdam yoluyla tikinti materialları, dizel, dərmanlar gələcək, ərzaq məhsulları isə Laçın boyunca Rusiya sülhməramlıları tərəfindən gətiriləcək".

Onun sözlərinə görə, növbəti mərhələdə Azərbaycandan nəql ediləcək qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. Bunun müqabilində erməni tərəfi Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunu açmalıdır, Turanın məlumatında qeyd olunur.

Nəşrin məlumatına görə, Təhlükəsizlik Şurasının iclasında Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayan da iştirak edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz