Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycanla bağlı 3 QƏRAR

Xəbərin çap versiyası
Tarix: 31-08-2023, 19:29


Avqustun 31-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 8 ərizə üzrə 3 qərar və qərardadını elan edib. Məhkəmə şikayətlər əsasında Azərbaycanı 65 min avrodan çox cərimələyib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə aihmaz.org saytı məlumat yayıb.

"Nabat Bağırova və başqa 5 ərizəçi Azərbaycana qarşı" işində ərizəçilər mülkiyyət hüququnun pozuntusunu mübahisələndiriblər. Ərizəçilərə məxsus əmlaklar – fərdi evlər, evlərə aid sahələr və ya mənzillər 2015-16-cı illərdə Bakıda yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb. Onlar qeyd edilən mülkiyyətlərinin özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, 1 saylı Protokolun 1-ci maddəsilə təminat altına alınan mülkiyyət hüququnu pozduğunu iddia ediblər.

Avropa Məhkəməsi ərizəçilərin şikayətlərini əsaslı sayıb, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu tanıyıb.

Avropa İnsan Haqları Məhkəməsi hökumətlə ərizəçilər arasında razılaşmanın mümkünlüyünü ifadə edib. Tərəflər qərarın qəti olmasından sonrakı 3 ay ərzində hər hansı razılaşmaya gəlsələr, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsi məlumatlandırmalıdılar. Bundan sonra yekun qərar qəbul ediləcək.

"Suğra Quliyeva Azərbaycana qarşı iş" ərizəçinin Saray bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi həmin sahədə ev tikib. Sonradan Milli Təhlükəsizlik Nazirliyi həmin sahəni ərizəçidən alıb, lakin kompnsasiya ödənilməyib. 178 min manat məbləğində kompensasiya tələbilə iddia yerli məhkəmələr tərəfindən təmin edilməyib. Avropa məhkəməsi hesab edib ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulub. Avropa məhkəməsi ərizəçiyə maddi zərərə görə 62 200 avro, mənəvi zərərə görə 3000 avro ödənilməsini qərara alıb.

"Nəsimi Musayev Azərbaycana qarşı" işində Lerik rayonunda yaşayan ərizəçi Nəsimi Musayev 2011-ci ildə hərbi xidmətə çağırılıb. Lerik hərbi komissiyası ərizəçinin şəkərli diabet xəstəsi olması səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı isə qismən yararlı olmasına qərar verib. Ərizəçi dəfələrlə komissiyaya müraciət edərək hərbi statusunu təsdiq edən hərbi biletin ona verilməsini xahiş edib, ancaq bileti ala bilməyib.

Kommunikasiya zamanı hökumət 6-cı maddənin pozulduğunu etiraf edib, ərizəçiyə 1000 avro ödəmək öhdəliyi götürüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz