Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın və Ağdam yolları ilə Xankəndinə yardım aparıb
Tarix: 18-09-2023, 14:02
Sentyabrın 18-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus bir yük, iki minik avtomobili Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa göndərilib. Bununla paralel BQXK-nın eyni sayda yük və minik avtomobilləri Laçın-Xankəndi yolu ilə Qarabağda erməni əhalisinə un, tibbi ləvazimatlar aparıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə tərəflər arasında razılığın dünən, sentyabrın 17-də əldə olunduğu qeyd edilir.
Ağdamdan çıxan maşınlar yükü Xankəndiyə çatdıraraq artıq Ağdama qayıdıb.
Sentyabrın 12-də Rusiya Qırmızı Xaç Komitəsinin də Xankəndiyə Ağdam-Xankəndi yolu ilə göndərdiyi yüklər mənzil başına çatmışdı, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Buna baxmayaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ ermənilərinə avqustun 29-da göndərdiyi 40 ton unun hələ də Ağdam-Xankəndi yolunda qaldığı deyilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər