Biz silahları Rusiya tərəfinə verdik - SAMVEL ŞAHRAMANYAN
Tarix: 29-10-2023, 15:18
Oktyabrın 28-də özünü buraxmış separatçı “Dağlıq Qarabağ”ın “keçmiş prezidenti” Samvel Şahramanyan Ermənistanın İctimai Televiziyasına müsahibə verib.
Civilazerbaijan.com bildirir ki, Qarabağın keçmiş “prezidenti” Samvel Şahramanyan müsahibədə sentyabrın 19-daki bir günlük müharibənin bəzi təfərrüatlarını açıqlayıb.
“Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, Qarabagda onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək. Samvel Babayanın və ya Vitali Balasanyanın məqbul namizəd olacağı ilə bağlı müzakirələr gedirdi, lakin mən Azərbaycan tərəfdən mənfi cavab aldım”, - deyə Şahramanyan bildirdi.
Separatçıların keçmiş liderlərin həbsi ilə bağlı sualı cavablandıran Şahramanyan bildirib ki, Azərbaycan onlara qarşı “başqa yanaşma” tutub. Onun sözlərinə görə, həmin şəxslər siyasi məqsədlərlə həbs edilərək Bakıya aparılıb. “Mən, müdafiə naziri və iki təhlükəsizlik əməkdaşım helikopterlə Ermənistana gəldik”, o əlavə edib.
O, sentyabrın 19-da döyüşlərin başlanmasına toxunaraq deyib: “Sentyabrın 19-da səhər saatlarında azərbaycanlılar Şuşa yaxınlığındakı rus kapitanına yaxınlaşaraq onlara xəbərdarlıq ediblər ki, artilleriya tezliklə işə düşəcək, şəxsi heyəti təxliyə etsinlər. Biz bu barədə sülhməramlılara deyəndə, onlar artıq bu barədə bilirdilər. Döyüşlər başlayandan sonra başa düşdüm ki, biz təkik. Rusiya tərəfi müşahidəçi statusunda idi”.
Qarabağlıların niyə ağır texnika qoyub getdiyini soruşduqda Şahramanyan belə cavab verdi: “Biz ağır texnika ilə Artsaxı tərk edə bilməzdik. Bu barədə danışmağın mənası yoxdur, çünki Azərbaycan tərəfi keçid məntəqəsi yaradmışdı. Biz Rusiya tərəfinə silahları verdik”.
Azərbaycanla imzalanmış atəşkəs sənədinin məzmunu Ermənistan hakimiyyətinə çatdırılıb. Onun ehtiva etdiyi mümkün risklər Ermənistan hakimiyyəti ilə müzakirə olunub. “Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Artsaxdan çıxarılması” ilə bağlı bənd mətnə məcburən əlavə edilib. Bu, Bakının qəti tələbi idi, Stepanakert mülki əhalinin həyatını xilas etmək üçün bununla razılaşdı”, - Şahramanyan qeyd edib.
Turanın məlumatında qeyd olunur ki, Qarabağdan müharibəsiz və itkisiz çıxmağın mümkün olub-olmaması ilə bağlı suala Şahramanyan belə bir ehtimalın olmadığını bildirdi. Səbəb odur ki, əhalini Qarabağdan müqavimətsiz tərk etməyin lazım olduğuna inandırmaq mümkün deyildi. “Lakin hərbi əməliyyatlar başlayandan sonra bütün şəraiti nəzərə alaraq belə qənaətə gəldik ki, dayanıb insanların həyatını xilas etmək düzgündür”, - deyə Şahramanyan bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər