8 noyabr Zəfər Günü: Xankəndidə hərbi parad keçirilib
Tarix: 8-11-2023, 12:57
Bu gün - 8 noyabr tarixində Azərbaycanda İkinci Qarabağ müharibəsinin sona çatması ilə bağlı Zəfər Günü qeyd olunur.
Civilazerbaijan.com bildirir ki, Azərtac-ın xəbərinə görə bu münasibətlə Xankəndi şəhərində hərbi parad keçirilib,
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər, xəbərdə deyilir. Amma hərbi paraddan canlı yayım olmayıb.
Bakıda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb, BBC müxbiri bildirir. BBC Azərbaycanca əməkdaşının sözlərinə görə, səhər saatlarından başlayaraq, Bakıda İkinci Şəhidlər Xiyabanına ziyarət başlayıb.
Yerli media Gəncədə, Bərdə, Füzuli şəhərlərində və Zəngilan rayonunda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirildiyini bildirir.
BBC Azərbaycanca əməkdaşının sözlərinə görə, səhər saatlarından başlayaraq, İkinci Şəhidlər Xiyabanına ziyarət başlayıb.
Rəsmi Bakının sentyabrın 19-da keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində separatçı Dağlıq Qarabağ Respublikası təslim olaraq özünün ləğv edildiyini bəyan etmiş, bundan sonra azərbaycanlı hərbçilər Xankəndiyə daxil olaraq şəhərə Azərbaycan bayrağını sancmışdılar.
Antiterror əməliyyatı nəticəsində Qarabağı 100 mindən çox erməni tərk edib, Ermənistan hökuməti bildirib.
Rəsmi Yerevan ermənilərin köçünü “etnik təmizləmə” adlandırsa da, Bakı bu ittihamları qəbul etmir və Qarabağda könüllü qalan ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini və bütün hüquqlardan istifadə edəcəyini bildirib və Qarabağ ermənilərini Azərbaycan vətəndaşlığını qəbul edərək ölkənin Konstitusiya və qanunları əsasında yaşamağa çağırıb.
Prezident İlham Əliyev “antiterror tədbirləri” nəticəsində dövlət suverenliyinin bərpa edildiyini bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər