Bakıdakı İsrail səfirliyində terror törətmək istəyən İran vətəndaşı HƏBS OLUNUB

Xəbərin çap versiyası
Tarix: 17-11-2023, 14:36


İsrailin Azərbaycandakı səfirliyinə iranəsilli silahlı şəxsin hücumunun qarşısı alınıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hücumun qarşısını vaxtında almağı bacarıb:

"Azərbaycan DTX səfirliyə soxulmağa cəhd edən şəxsi tərk-silah edib".

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.

Məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz