Qubad İbadoğlunun Kürdəxanı İstintaq Təcridxanasından MESAJI

Xəbərin çap versiyası
Tarix: 23-12-2023, 14:25


Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı- alim, həbsdə olan Qubad İbadoğlu fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərilə bağlı Kürdəxanı İstintaq Təcridxanasından mesaj göndərib.

Civilazerbaijan.com
İbadoğlunun mesajını Facebook səhifəsində partiyanın İdarə Heyətinin üzvü Ədalət Yusub dərc edib. Qubadoğlu aşağıdakılara çağırıb:

- həbs edilmiş bütün siyasi məhbusların azad edilməsi;

- Demokratiya və Rifah Partiyasının qeydiyyata alınması və müxalif siyasi partiyalar üçün normal fəaliyyət imkanlarının yaradılması;

- Demokratiya və Rifah Partiyasının sənədlərinin geri qaytarılması və onun ofisinin üzərində rəsmi nəzarətin aradan qaldırılması;

-Azad mətbuata və jurnalistlərə qarşı basqıların dayandırılması və fəaliyyət azadlıqlarının təmin olunması.


O qeyd edib ki, rəqabətli və demokratik seçki mühitinin yaradılması şərtləri müqabilində seçkilərə qoşulmaq mümkündür.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi var.

Avqustun 25-də ona qarşı "dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması" barədə daha bir ittiham irəli sürülüb.

Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti İbadoğlunun təqibinə görə Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz