Fransa Azərbaycanın iki diplomatını persona non-grata elan edib

Xəbərin çap versiyası
Tarix: 28-12-2023, 14:37


Fransa Parisdəki Azərbaycan səfirliyinin iki əməkdaşını "persona non-grata" elan edib.

Civilazerbaijan.com
bildirir ki, bu haqda Fransanın Xarici İşlər Nazirliyi (XİN) dekabrın 27-də məlumat yayıb.

“Paris nəzərə alır ki, Azərbaycan Fransa səfirliyinin diplomatik heyətinin iki əməkdaşının persona non-grata elan edilməsi ilə bağlı qərar qəbul edib. Fransa öz diplomatlarına qarşı Bakı tərəfindən irəli sürülən ittihamları qəti şəkildə rədd edir.

Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını persona non grata elan edib.

Azərbaycanın Fransadakı səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu bildirilib”, Fransanın Xarici İşlər Nazirliynin məlumatında deyilir.

Xatırladaq ki, rəsmi Bakı dekabrın 26-da Fransa səfirliyinin iki əməkdaşını persona-non-grata elan edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Fransa səfirliyinin əməkdaşlarının persona-non grata elan edilməsi Azərbaycanın iqtidaryönümlü mediasında Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşasını iddia edən məqalələr dərc edildikdən sonraya təsadüf edir.

Yazılarda "nüfuzlu beynəlxalq təşkilatlarda örtülü iş" apardığı iddia edilən adamların saxlanıldığı və onların hazırda istintaq altında olduğu qeyd edilir. Yazılarda habelə iddia olunur ki, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair "dəlil və sənədlər" təqdim edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz