Moskva sülhməramlıların Qarabağda qalması məsələsini Bakı ilə həll edir - RƏSMİ
Tarix: 30-12-2023, 13:06
Qarabağda antiterror əməliyyatından sonra Moskva sülhməramlıların regionda qalması ilə bağlı bütün məsələləri müstəsna olaraq Azərbaycan tərəfi ilə nəzərdən keçirir.
Civilazerbaijan.com bildirir ki, RİA-Novosti-nin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O qeyd edib ki, "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına əsasən, sülhməramlılar 2025-ci ilin noyabrına qədər regionda olacaqlar, bu müddət uzadıla bilər".
Onun sözlərinə görə, "sentyabrda Azərbaycanın antiterror tədbirləri həyata keçirməsindən sonra regionda vəziyyətin dəyişməsinə baxmayaraq, razılaşma qüvvədə qalır".
"Bu sənədi heç kim ləğv etməyib", deyə rusiyalı diplomat əlavə edib.
Qaluzin vurğulayıb ki, indi RF "sülhməramlıların Qarabağda qalması ilə bağlı bütün məsələləri müstəsna olaraq Azərbaycanla nəzərdən keçirir".
Turanın məlumatında qeyd olunur ki, dekabrın 28-də Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib ki, üçtərəfli bəyanatda "sülhməramlıların 2025-ci ilə qədər Qarabağda qalması nəzərdə tutulub".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər