İlham Əliyev ABŞ səfirinin etimadnaməsini nümayişkaranə şəkildə qəbul etmir

Xəbərin çap versiyası
Tarix: 8-01-2024, 17:28


Ötən gün dövlət başçısı üç ölkənin – Peru, Lüksemburq və Yaponiyanın səfirlərinin etimadnamələrini qəbul edib. Yaponiyadan fərqli olaraq, Peru və Lüksemburqu Azərbaycan üçün vacib ölkələr adlandırmaq çətindir.

Azərbaycan Xarici İşlər Nazirliyinin və parlament deputatlarının Lüksemburqu ermənipərəst siyasətinə görə tənqid etdiklərini yada salsaq, Əliyevin bu ölkənin səfirilə xoş ünsiyyətini izah etmək çətindir.

Eyni zamanda, Əliyev artıq bir aydır ki, Bakıda olan ABŞ-ın yeni səfiri Mark Libbini nümayişkaranə şəkildə görməzdən gəlir.

Görünür, rəsmi Bakı Dövlət Departamentinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qədər Bakı ilə əməkdaşlıqdan imtina etdiyini bəyan etməsi və Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edən "Azadlığa dəstək haqqında" Qanuna "907-ci düzəliş"in qüvvəyə minməsilə əlaqədar Dövlət Departamentinin demarşını bağışlaya bilmir.

Rəsmi Bakının bu münasibətlə Vaşinqtondan nəyə nail olmaq istədiyini demək çətindir. Ancaq ölkə rəhbərliyinin xarakterini və əhval-ruhiyyəsini bilərək, Dövlət Departamentinin hərəkətlərinin şəxsi təhqir kimi qəbul edildiyini təxmin etmək çətin deyil.

Bu ovqatın dəyişməsi üçün nə qədər vaxtın lazım olduğunu təxmin etmək çətindir. Ancaq tarixdə elə bir hadisə olub ki, Bakı tez bir zamanda Qərbə qarşı münasibətindəki sərtliyi barışığa çevirib və hətta kömək istəyib.

Bu 2008-ci ilin avqustunda, Rusiyanın Gürcüstana hücüm etdiyi və Bakı-Ceyhan neft kəmərini bombaladığı dönəmdə olub.

Eyni zamanda, Türkiyədə kürdlər də bu neft kəmərini partlatmışdılar. O vaxt Bakı "birdən başa düşdü ki", "nifrət edən” Qərbin dəstəyi olmadan hər şeyi itirə bilər. Amma görünür, indi Bakıda qərara gəliblər ki, bir şey olarsa, Lüksemburq ona böyük dəstək verəcək.

Azərbaycan rəhbərliyi ABŞ-ın bütün əvvəlki səfirlərini onların Bakıya gəlişindən dərhal sonra qəbul edib, ABŞ-ı "strateji tərəfdaş" adlandırıb ki, onun dəstəyi olmadan Azərbaycanın enerji layihələri mümkün olmazdı.

"Turan"ın şərhi

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz