Yazıçı Çingiz Hüseynov qürbətdə vəfat edib

Xəbərin çap versiyası
Tarix: 9-01-2024, 11:11


Azərbaycanın görkəmli yazıçısı, filologiya elmləri doktoru Çingiz Hüseynov yanvarın 9-da 94 yaşında Qüdsdə vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, yazarın vəfatı xəbərini oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında yayıb.

Çingiz Hüseynov uzun illər idi ki, İsraildə yaşayırdı.

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetin fılologiya fakültəsinə daxil olub, ikinci kursda Lomonosov adına Moskva Dövlət Universitetinə keçib, 1962-ci ildə oranı bitirib. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, namizədlik dissertasiyası müdafiə edib. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub (1955–1972). SSRİ İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) çap olunub.

Ç.Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”, “Ailə gizlinləri”, “Doktor N”, “Fətəli Fəthi”, “Merac” romanları ilə bərabər bir sıra ədiblərin əsərlərini azərbaycan və rus dillərinə tərcümə edib. “Ailə gizlinləri” əsərindən sonra onun Azərbaycanda kitablarının çapına uzun müddət qeyri-rəsmi şəkildə qadağa qoyulduğundan yazıçı fəaliyyətini Moskvada davam etdirib

O, müntəzəm olaraq Azərbaycan və rus dillərində əsərlər yazıb.

Hüseynovun əsərlərində Azərbaycandakı avtoritar rejim tarixi analogiyalarla müqayisə edilir. Bu səbəbdən o, Azərbaycan hakimiyyətinə yaxın tənqidçilər tərəfindən tənqidlərə məruz qalıb

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz