ABŞ adı Azərbaycanla da korrupsiyada hallanan Almaniya şirkətinə qarşı ittiham irəli sürüb

Xəbərin çap versiyası
Tarix: 16-01-2024, 17:54


ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası Almaniyanın qlobal proqram təminatı şirkəti olan SAP SE-yə qarşı ittiham irəli sürüb. İttihamda bildirilir ki, bu şirkət ABŞ-ın Xaricdə Korrupsiya qanununu pozub.

Civilazerbaijan.com
bildirir ki, irkətin adı müxtəlif ölkələrdə gerçəkləşən korrupsiya iddiaları ilə hallanıb. Bu ölkələr içində Azərbaycanın da adı hallanır. ABŞ pozuntuların Azərbaycan, Cənubi Afrika Respublikası, Malavi, Keniya, Tanzaniya, Qana və İndoneziyada qurulmuş rüşvət sxemlərindən irəli gəldiyini bildirir.

“SAP SE şirkəti bu ittihamlarla bağlı problemi həll etmək üçün məhkəməyədək müddətdə təzminat kimi 100 milyon dollar məbləğində pul verməyi təklif edib”.

ABŞ Qiymətli Kağızlar və Mübadilə Birjası tapıb ki, səhmləri Nyu York Birjasında satışa çıxarılan şirkət 2014-2022-ci illər ərzində ictimaiyyətlə iş görmək üçün üçüncü tərəf vasitəçiləri və məsləhətçilər işə götürüb. Bu yolla yuxarıda adı çəkilən yeddi ölkənin dövlət məmurlarına rüşvət verib. Bununla da ABŞ-ın Xaricdə Korrupsiya qanununun tələblərini pozub.

Üstəlik, şirkət verdiyi rüşvətləri qanuni biznes xərcləri kimi qeydiyyata salıb. Lakin uğurlu ört-basdır edə bilməyib.

Araşdırmalar zamanı məlum olub ki, şirkət üçüncü tərəflər üzərində kifayət qədər daxili mühasibat nəzarəti həyata keçirməyə nail olmayıb.

ABŞ Qiymətli Kağızlar və Mübadilə Birjası bildirir ki, SAP yeddi yurisdiksiyanı əhatə edən və bir neçə ildir davam edən qanunsuzluqlara görə məsuliyyət daşıyır.

Məlumatda şirkətin bu fəaliyyətlərinin dayandırılmasına, dəymiş zərərin ödəməsi çərçivəsində 85 milyon dollar və onun 13.4 milyon dollarlıq faizini ödəməklə bağlı razılığa gəlindiyi bildirilir.

Azərbaycan tərəfdən bu iddialarla bağlı hələlik, hər hansı açıqlama verilməsə də, SAP SE şirkətinin Azərbaycanda daimi nümayəndəliyinin olduğu məlumdur.

Hətta Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə bu şirkətin baş icraçı direktoru ilə görüşü də olub, Meydan TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz