Seçkidən sonra Məcnun "səhranın ortası"nda qala bilər

Xəbərin çap versiyası
Tarix: 28-01-2024, 14:58


Fuad Sadıqov nazir olmaq "sevda"sına düşüb?

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 7 fevralda keçiriləcək Prezident seçkilərindən sonra hökumətin formalaşan yeni tərkibində yer almayacaq.


Civilazerbaijan.com
bildirir ki, bu barədə "Arqument.az"a adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Məcnun Məmmədovun yeni kabinetdə yer almaması onun fəaliyyətsizliyi ilə əlaqələndirilir:

"Kənd Təsərrüfatı Nazirliyi tarixi boyu belə zəif nazir görməyib. Düzdür, o, nazir vəzifəsindən əvvvəl fəaliyyət göstərdiyi müxtəlif MMC-lərdə təşkilatçı rəhbər kimi fərqlənə bilmişdi. Ancaq nazirliyə rəhbər gətirildikdən sonra əvvəlki Məcnun Məmmədovdan sanki əsər-əlamət qalmadı. Nazir təyin edilməsindən bir il vaxt keçməsinə baxmayaraq, hələ də Məcnun Məmmədovun ortaya çıxarılası proqramı, konsepsiyası yoxdur. Verilən hesabatlar isə sadəcə rəqəm yığınından ibarətdir. Hətta vəziyyət o dərəcədədir ki, nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda çalışan şəxslərin əksəriyyətinin Məcnun Məmmədovu adını konsepsiyası olmadığına görə "kitabsız peyğəmbər" qoyublar".

Bildirilir ki, onun dövründə qeyri-neft sektoru sayılan kənd təsərrüfatı da ciddi nəticə əldə edə biməyib. Halbuki bir neçə il öncə kənd təsərrüfatının inkişafı ilə bağlı strategiya da hazırlanmışdı.

Mənbə bildirir ki, Məcnun Məmmədovun fəaliyyətsiz olmasının bir səbəbi aqrar sektoru yaxşı bilməməsi, təşkilatçılıq bacarığının zəifliyidirsə, digər səbəbi də nazirlikdə olan müxtəlif qruplaşmaların islahata qarşı dirəniş göstərmələridir.

Bir neçə ildir ki, nazirlikdə kök atmış bu qruplaşmaların ən əsasının başında isə Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov dayanır.

Özü barəsində yüksək instansiyalarda savadlı iqtisadçı, menecer imici formalaşdırmağı bacarmış Fuad Sadıqovun nazir postuna iddialı olduğu bildirilir.

Onun bu niyyətinə çatması üçün yaxşı əlaqələrinin olduğu da iddialar sırasındadır.

Məlumata görə, Prezident seçkilərindən sonra Fuad Sadıqov Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilə bilər. Hətta bununla bağlı hər iki şəxsin məlumatlı olduğu bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz