Deputat Azər Kərimlinin oğlu Londondakı mənzilini 625 min funt sterlinqə satıb

Xəbərin çap versiyası
Tarix: 8-02-2024, 22:17


"Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb”.


Civilazerbaijan.com
bildirir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz "feysbuk” səhifəsində yazıb.

Deputat Azər Kərimlinin oğlu Londondakı mənzilini 625 min funt sterlinqə satıb

Fəxri Kərimli

Onun sözlərinə görə, A.Kərimlinin ailəsi uzun illərdir ki, İngiltərə paytaxtında yaşayır: "Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb".

"Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil. Deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb”, - deyə jurnalist qeyd edib.



Azər Kərimli 2000-ci ildən bu yana – 24 ildir (!) Qax rayonunun deputatıdır. Ancaq millət vəkilindən daha çox iş adamı kimi tanınan və hər hansı siyasi fəaliyyəti ilə seçilməyən Kərimlinin böyük mebel biznesinə və digər bizneslərə malik olduğu bildirilir.



Qanunvericiliyə görə, deputat bizneslə məşğul ola bilməz, bunu Konstitusiya qadağan edir.

Deputatı Azər Kərimli məsələyə münasibət bildirməyib.

Mənbə: Arqument.az

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz