İlham Əliyevin andiçmə mərasimi keçirilib

Xəbərin çap versiyası
Tarix: 14-02-2024, 13:48


Bu gün, fevralın 14-də Milli Məclisdə növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, həmçinin Milli Məclisin deputatları iştirak ediblər.

Mərasim zamanı Prezident Azərbaycan Respublikası Konstitusiyasının üzərinə, həmçinin “Qurani-Şərif”ə əl basaraq and içib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib. Rəsmi nəticələrə əsasən, İlham Əliyev 92,12 faiz səslə qalib gəlib.

Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz