ABŞ Dövlət Departamenti: Bakı və Yerevan arasında razılaşdırılmamış bir neçə məsələ qalıb

Xəbərin çap versiyası
Tarix: 22-02-2024, 14:25


"Bakı və Yerevan arasında razılaşdırılmamış bir neçə məsələ qalıb".

Civilazerbaijan.com
bildirir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller "Turan" agentliyinə açıqlamasında söyləyib.

Miller növbəti dəfə bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə etmək səylərini dəstəkləyir. O xatırladıb ki, dövlət katibi Entoni Blinkenin iki ölkə liderlərləri ilə Münhendə keçirdiyi görüşlərdə məhz bu məsələ müzakirə olunub.

"İki lider Münhendə ikitərəfli görüş keçirib. ABŞ sülhə nail olmaq üçün öz yardımını və dəstəyini davam etdirəcək".

Sülhün yaxın olduğunu deyə bilərikmi, - sualına cavabında Miller deyib ki, sülh əlçatandır:

"Dövlət katibi iki ölkənin liderləri ilə bunu müzakirə edərək, qalan bir neçə məsələni aradan qaldırılması üçün birlikdə işləməyə çağırıb."

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz