Toplum TV-nin redaksiyasında axtarış bitib, qapısı möhürlənib - YENİLƏNİB

Xəbərin çap versiyası
Tarix: 6-03-2024, 17:33


Son məlumata görə, Toplum TV-nin redaksiyasında axtarış bitib, qapısı möhürlənib.

***

Bir qrup hüquq-mühafizə orqanı əməkdaşı çərşənbə günü saat 16 radələrində Toplum TV internet nəşrinin ofisinə gələrək axtarışa başlayıb. Bu barədə sosial şəbəkələrdəki xəbərlərdən məlum olub.

Civilazerbaijan.com
bildirir ki, layihənin rəhbəri, araşdırmaçı jurnalist Xədicə İsmayıl Turan-a axtarış faktını təsdiqləyib. O, redaksiyada axtarış başlayanda orada olmadığını deyib. "Xəstəyəm, təfərrüatları bilmirəm, indi redaksiyaya gedirəm".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə təsdiqləyiblər ki, “Çəmənzəminli küçəsi, 98 B və bir sıra digər ünvanlarda operativ məlumatlar əsasında tədbirlər keçirilir”.

Bu o deməkdir ki, axtarışlar başqa yerdə də aparılır. Məlumata görə, III Respublika Platformasının yerləşdiyi ofisin ətrafını da polis əhatəyə alıb.

Toplum TV-nin redaksiyası ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz