Britaniya COP29-a qədər Azərbaycanla Ermənistanın sülh sazişini imzalamasını istəyir

Xəbərin çap versiyası
Tarix: 14-03-2024, 14:45


Böyük Britaniyanın Baş naziri Rişi Sunak COP29-a qədər Azərbaycanla Ermənistanın sülh sazişini imzalamasını istəyir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Rişi Sunak Bakı Qlobal Forumunun keçirilməsi münasibəti ilə göndərdiyi təbrik məktubunda qeyd edib.

Martın 14-də XI Bakı Qlobal Forumun rəsmi açılış mərasimində məktubu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld (Fergus Auld) səsləndirib.

Rişi Sunak deyib ki, Bakı noyabrda COP29-a ev sahibliyi edəcək:

“Ölkənizin bu çağırışın öhdəsindən layiqincə gələcəyinə inanıram. Biz qlobal tullantıları azaltmalıyıq. Böyük Britaniya neft və qaz istehsalçısı olan ölkə kimi Paris öhdəliyinə sadiqdir, ədalətli keçid kursunun qəbul edilməsinin zəruriliyini anlayırıq. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün trilyonlarla vəsaiti cəlb edəcək iddialı nəticələr əldə etməliyik. Azərbaycan BƏƏ və Braziliyanın bu sahədə birgə fəaliyyətini də alqışlayırıq. Qlazqoda bu sahədə əldə etdiyimiz təcrübəni bölüşməyə hazırıq”.

Rişi Sunak bildirib ki, Britaniya Xəzər dənizi vasitəsi ilə yeni nəqliyyat bağlantılarını dəstəkləyir:

“Hazırda Azərbaycanın Ermənistanla on illiklərlə davam edən münaqişəyə son qoyması üçün tarixi fürsət var. Noyabrda COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək daha önəmli hadisə olardı. İnanırıq ki, COP29-a qədər Azərbaycanla Ermənistan sülhə nail olacaq. Bu tədbirlə bağlı Azərbaycanı dəstəkləməyə davam edirik”.

Tədbirə qatılan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım jurnalistlərə deyib ki, Ermənistan Qarabağ məsələsinin həllindən sonra bu fürsətə sahibdir:

“Azərbaycanla, Türkiyə ilə sərhədlərin açılması, Zəngəzur dəhlizinin açılması lazımdır. Ermənistanın Konstitusiyası dəyişməlidir. Ermənistanın gerbində torpaqlarımız, Ağrı dağı var. Bunu aradan qaldırmaq lazımdır”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.

Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil.

Meydan Tv-nin məlumatına görə, 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcəyi güman edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz