Qoşqar Təhməzlinin yoxlamalar zamanı ayrı-seçkilik etdiyi bildirilir

Xəbərin çap versiyası
Tarix: 17-03-2024, 15:25


Qida Təhlükəsizliyi Agentliyinin ölkədə kolbasa-sosiska istehsal edən sahibkarlar arasında ayrı-seçkilik etdiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Qlobal.az"a şikayətçi sahibkarlar danışıb.

Onların sözlərinə görə, Agentlik bir sıra kolbasa-sosiska istehsal edən müəssisələrdə yoxlamalar aparsa da, nədənsə sosial şəbəkələrdə ən çox şikayətlər edilən bəzi müəssisələri yoxlamır.

Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi "Səhliyalı", "Sevilən ad", "Mir 2016", "Ovçular Ət və Ət Məhsulları" kimi müəssisələrdə yoxlamalar apararaq qanunsuzluqlar aşkarlamışdı.

Agentlik bu müəssisələrin istehsal etdiyi sosiska və kolbasalarda təhlükəsizlik göstəricilərinə uyğunsuzluq və üzərində göstərilən qidaların məhsulda olmadığını müəyyən edib.

Bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyi əhali tərəfindən dəstəklənən bu addımını kolbasa-sosiska istehsalçıları arasında ən çox şikayət olunan "Ovqat" şirkətində davam etdirməyib.

Məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin "Ovqat" şirkətində yoxlama aparmasının səbəbi istehsalçı şirkətin rəhbərliyi ilə Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin xüsusi münasibətlərinin olmasıdır.

Qida Təhlükəsizliyi Agentliyinin "Ovqat" şirkətinin adığı təmizə çıxarmasının arxasında məhz Agentliklə şirkət rəhbərliyinin arasında olan maraq və münasibətlərə görədir.

"Ovqat" şirkətinin istehsal etdiyi kolbasa-sosiska məmulatlarının əsasən ölmüş heyvan ətlərindən hazırlandığı, məhsullara suda məhlullaşdırılmaş karton qatıldığı barədə də sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Eyni zamanda, şirkətin "halal məhsul" adı altında satdığı məhsullarda donuz əti və piylərindən də istifadə edildiyi iddialar arasında yer alır.

Qida Təhlükəsizliyi Agentliyi və "Ovqat" şirkəti məlumatı nə təsdiq, nə də təkzib ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz