Bu dörd kənd Ermənistan ərazisi deyil - ALEN SİMONYAN
Tarix: 27-03-2024, 19:08
"Ermənistan Tavvuş vilayətinin kəndlərini təslim etmək niyyətində deyil".
Civilazerbaijan.com bildirir ki, bunuə martın 27-də jurnalistlərə Ermənistan Parlamentinin spikeri Alen Simonyan söyləyib. Onun sözlərinə görə, sözügedən dörd kənd Ermənistan ərazisi deyil.
"Mən bu kəndlərin Ermənistan ərazisində olduğunu sübut edəcək insan axtarıram", deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Qazax rayonunun 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş 4 kəndini Azərbaycana qaytarmaq zərurətindən bəhs edib, Turan İA-nın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər