ABŞ-ın energetika üzrə diplomatı COP29-da Azərbaycanın prezidentliyi, Ukrayna və Putin HAQQINDA
Tarix: 28-03-2024, 15:22
Foto açıq mənbələrdən götürülüb
Bayden administrasiyasının aparıcı diplomatı, enerji siyasətinə nəzarət edən Cefri Payet Rusiyanın Ukraynada müharibəsini Vladimir Putinin "fəlakətli strateji" uğursuzluğu adlandırıb.
Civilazerbaijan.com bildirir ki, onun sözlərinə görə, bu, "özü-özünə ziyan vurmanın ən böyük tarixi nümunələrindən biridir".
"Rusiya enerji bazarı kimi Avropanı itirdi və Avropa bir daha Rusiyaya etibarlı enerji təchizatçısı kimi baxmayacq", - dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payet jurnalistlər üçün brifinq zamanı Turan-ın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Ukrayna iqtisadiyyatı kardinal şəkildə Qərbə yönəlib: "Bu gün Ukrayna əvvəllər öz müstəqilliyi dövründə olduğundan daha çox birləşib. Ukraynanın Avropa İttifaqı üzvlüyünə aydın yolu var, NATO isə Putinin təcavüzünə qədər olduğundan daha güclü və daha böyük oldu".
"Bu müharibə tarixə Vladimir Putinin müstəsna strateji uğursuzluğu kimi düşəcək", - o deyib.
Payett Hyustonda keçirilən ən böyük enerji konfransı –CERAWeek-in yekunlarına da toxunub.
Azərbaycan COP29-un baş direktoru Elnur Soltanovun timsalında CERAWeek-də iştirak edib. "Hyustonda energetika nazirinin müavini Soltanovla, daha əvvəl isə Vaşinqtonda nazirin özü ilə çox yaxşı müzakirələr apardım. Azərbaycanın COP29-da prezidentliyinə ABŞ-ın güclü dəstəyini qeyd etdim", - Payet deyib.
ABŞ Azərbaycanın metan üzrə qlobal öhdəliyə sadiqliyilə bağlı İlham Əliyevin bəyanatını "möhkəm dəstəkləyir". "Hazırda biz BP, Chevron və Exxon Mobile kimi şirkətlərlə işləyirik. Onlar bu yaxınlarda metan üzrə qlobal öhdəliyi imzalayan region ölkələrində böyük miqdarda metan və səmt qazlarının yığılması imkanlarını araşdırmaq üçün Xəzər regionunda fəal işləyirlər. Bu ölkələr Azərbaycan, Türkmənistan və Qazaxıstandır", - o deyib.
"Bizim COP29 üçün çox ciddi gündəliyimiz var və əminəm ki, prezident Əliyevin açıqladığı məqsədlərlə ABŞ-ın məqsədləri arasında əhəmiyyətli dərəcədə uyğunluq" və onlar 2025-ci ildə Braziliyada keçiriləcək növbəti iqlim konfransında bu məqsədlərə nail olmağa çalışırlar",- Payet deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər