Antoni Blinken İlham Əliyevi ədalətsiz olaraq həbs olunan şəxsləri azad etməyə çağırıb

Xəbərin çap versiyası
Tarix: 4-04-2024, 12:33

Foto açıq mənbələrdən götürülüb

ABŞ Cənubi Qafqazda davam edən sülh səylərini dəstəkləyir, onların "bütün regiona iqtisadi fayda gətirəcəyini" qeyd edir.

Civilazerbaijan.com
bildirir ki, Turan-ın Vaşinqtondakı müxbirinin məlumatına görə, planlaşdırıldığı kimi, aprelin 5-də keçiriləcək Ermənistan-Aİ-ABŞ üçtərəfli sammiti məhz buna həsr olunacaq.

"... Brüsseldə görüşlər davam edir", deyə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan-ın Blinkenin Əliyevə dünənki zəngi haqqında suallarına cavabda bildirib.

Məlum olduğu kimi, Əliyev Ermənistan-ABŞ-Aİ görüşü ilə bağlı narahatlığını bildirib. Bakı iddia edir ki, Qərbin Ermənistana dəstəyinin, o cümlədən hərbi dəstəyinin güclənməsi regionda silahlanmaya və təxrbatlara gətirib çıxara bilər.

Dövlət Departamentinin görüşün məzmununa dair məlumatına görə, Blinken Əliyevə sərhəddə gərginlik üçün "əsas olmadığını" bildirib və "istənilən tərəfdən aqressiv hərəkətlərin və ritorikanın sülh perspektivlərinə xələl gətirəcəyi" barədə xəbərdarlıq edib.

O, həmçinin ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayıb və energetika və iqlim sahəsində prioritetlər də daxil olmaqla, tərəfdaşlıq təşəbbüslərinin artdığını bildirib.

"Blinken Azərbaycanın insan hüquqları sahəsində də beynəlxalq öhdəliklərinə riayət etməsi zərurətini xüsusi olaraq vurğulayıb və ədalətsiz olaraq həbs olunan şəxsləri azad etməyə çağırıb", deyə Dövlət Departamenti bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz