Rusiya ordusunun Cənubi Qafqazda sülhə töhfə verdiyini görməmişik – ABŞ Dövlət Departamenti

Xəbərin çap versiyası
Tarix: 18-04-2024, 12:54


"Açığı, biz Rusiya ordusunun daha dinc və stabil Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görməmişik".

Civilazerbaijan.com
bildirir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına dair sualı cavabındırarkən səsləndirib.

"Ötən ilin payızında Dağlıq Qarabağda baş verənlər bu baxımdan Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir bariz nümunəsidir", - deyən Patel vurğulayıb ki, Vaşinqton davamlı, ləyaqətli sülh əldə etmək üçün Ermənistan və Azərbaycanın səylərini qətiyyətlə dəstəkləyir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz