Anar Məmmədli saxlanılıb - YENİLƏNİB

Xəbərin çap versiyası
Tarix: 29-04-2024, 16:40


29 Aprel 2024, 19:30

Bu gün həmçinin Anar Məmmədlinin atasının evində axtarış aparılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Anar Məmmədlinin bacısı Şəfa Məmmədli Amerikanın Səsinə deyib ki, qardaşının evində axtarış aparılan vaxt, paralel olaraq atasının evində də axtarış aparılıb.

“Atamın evindən köhnədən qalan sənədlər, guya Anarın köynəyinin cibindən qəbzlər, mənim komputerimi, fleş-kartımı götürüblər. Axtarışdan sonra Anarın evində də oldum. Onun komputerini, telefonunu aparıblar. Bir də biz hesab edirik ki, pul qoyublar. Anarın evində pulun bağlandığı iplər qalıb”, o qeyd edib.

* * *

29 Aprel 2024, 18:43

Hüquq müdafiəçisi Anar Məmmədlinin mənzilində axtarış başa çatıb. Axtarışın nəticələri hələlik məlum deyil.

Məmmədli vəkilsiz qalıb, çünki onu müdafiə edən Elçin Sadıqovun işə buraxılmasına icazə verilmir.

Pols bunu onunla əsaslandırır ki, Məmmədli “Abzas Media” işi üzrə cəlb edilib, Sadıqov isə bu iş üzrə həbs olunmuş jurnalist Sevinc Vagifqızının müdafiəsində iştirak edir.

Polis axtarışın aparıldığı yerə jurnalistləri buraxmayıb.

Daxili İşlər Nazirliyi vəziyyəti şərh etmir. Anar Məmmədlinin nədə ittiham olunduğu indiyədək məlum deyil.

* * *

29 Aprel 2024 17:05

Hazırda polisin Anar Məmmədlinin evində axtarış apardığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Məmmədlinin yaxınları məlumat yayıblar.

* * *

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları fəalı və ictimai idarəetmə üzrə ekspert Anar Məmmədlinin aprelin 29-da polislər tərəfindən saxlanıldığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə hüquq müdafiəçisi Bəşir Süleymanlı məlumat yayıb.

O deyib ki, Anar Məmmədli Teymur Əliyev küçəsi istiqamətində maşına basılaraq aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Məmmədlinin saxlanılmasını Meydan TV-yə təsdiqləyib.

Onun sözlərinə görə, Anar Məmmədlinin barəsində araşdırma aparılır.

2013-cü il Prezident seçkisindən iki həftə sonra, oktaybrın 27-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə (SMDTM) və onun tərəfdaşı olan Könüllülərin Beynəlxalq Həmrəyliyi Birliyinə qarşı cinayət işi açılmışdı.

2 ay yarım sürən istintaqdan sonra təşkilatın rəhbəri Anar Məmmədli dekabrın 16-da saxlanılaraq, barəsində həbs qəti-imkan tədbiri seçilib.

O, 2014-cü ilin mayında məhkəmə tərəfindən 5 il 6 ay azadlıqdan məhrum edilib.

2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz