Sanksiyaların qarşısını almaq üçün Paşinyanı Bakıya dəvət etmək olar - ZAHİD ORUC

Xəbərin çap versiyası
Tarix: 7-05-2024, 18:15


Milli Məclisin üzvü Zahid Oruc Azərbaycanı ABŞ Konqresinin sanksiyalarından qorumaq üçün maraqlı açıqlama verib.

Civilazerbaijan.com
bildirir ki, mayın 7-də Milli Məclisin plenar iclasında çıxış edən Zahid Oruc Ermənistanın Baş naziri Nikol Paşinyanı Bakıya dəvət etməyi təklif edib:

“Bununla da siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlansın”.

Onun sözlərinə görə, ABŞ Konqresində sanksiyalar ideyası 1992-ci ildə 907-ci düzəlişə təşəbbüs göstərən qruplardan gəlir.

Mayın 1-də ABŞ Rusiyaya kömək edən şirkətləri sanksiya ilə cəzalandırıb. Bu barədə ABŞ Maliyyə Nazirliyi yayıb.

Bildirilib ki, sanksiyalar Çində, Azərbaycanda, Türkiyədə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən şirkətlərə tətbiq edilib.

“Rusiyanı qoyulan sanksiyalardan aşmağa kömək edən, müharibə maşınının maliyyələşdirməyə dəstək olan bütün şirkətlər bu dəfə özləri sanksiya ilə üz-üzə qalacaq. Sanksiyanın hədəflərindən 60-ı Azərbaycanda, Belçikada, Slovakiyada, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mənzillənib”, – deyə Maliyyə Nazirliyi əlavə edib.

Aprelin 22-də isə Dina Titus başda olmaqla, bir qrup Amerika konqresmen Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etmişdi.

Bildirilirdi ki, layihədə ölkədə qanunun aliliyi və insan hüquqlarının pozulmasında fəal rol oynayan 40-dan çox Azərbaycan məmuruna sanksiya nəzərdə tutulur:

“Onların arasında hərbçilər, hakimlər, müstəntiqlər və yüksək vəzifəli şəxslər də var. Söhbət Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasındakı məmurlardan gedir”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz