ABŞ səfiri siyasi məhbusların ailə üzvləri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 8-05-2024, 13:37


Mayın 7-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb.

Civilazerbaijan.com
bildirir ki, səfirliyin məlumatına görə, cənab Libbi həbs olunanların azad edilməsinin vacibliyini qeyd edib.

"ABŞ əmindir ki, müstəqil və fəal vətəndaş cəmiyyəti məsuliyyətli cəmiyyətin tərkib hissəsidir və həbs olunanlar cəmiyyətdə vacib işlərini davam etdirmələri üçün azad edilməlidirlər", deyə səfir bildirib.

Turanın məlumatında qeyd olunur ki, görüşdə müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi, jurnalist Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova və III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştirak ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz