Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir

Xəbərin çap versiyası
Tarix: 13-05-2024, 12:40


"Toplum" internet televiziyasının həbsdə olan təsisçi Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə AzadlıqRadiosuna onun qardaşı Nəsimi Məmmədli məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədlinin müalicəsi dayanıb: "Həkimin Ələsgərə yazdığı müalicə kursu bitib, yenisi isə başlamayıb. 10 gün əvvəl qardaşımdan analiz götürüblər, amma, hələlik, nəticələrini özünə deməyiblər deyə, yeni müalicə kursunu başlaya bilmir".

N.Məmmədli qeyd edib ki, analiz götürüləndə Ə.Məmmədliyə biopsiya müayinəsindən də keçirələcəyi deyilib: "Hətta bu analizi harada vermək istədiyini da soruşublar, amma, hələlik, heç bir nəticə yoxdur".

Ə.Məmmədlinin qardaşının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Müdafiə tərəfinin bildirməsinə görə, onun bir sıra xəstəlikləri ilə yanaşı, qalxanabənzər vəzində şiş var və bu, getdikcə böyüyür.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz