Kanal1 saytının təsisçisi Arzu Orucov həbs edilib

Xəbərin çap versiyası
Tarix: 3-06-2024, 15:52


"Kanal1" saytının təsisçisi Arzu Orucov həbs edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Orucova qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələbetmə) ilə ittiham irəli sürülüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Orucov Biləsuvar rayonunda bir neçə vəzifəli şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə günahlandırılır.

Orucovun əvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunduğu da bildirlir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz