Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması prosesi başa çatıb - VİDEO

Xəbərin çap versiyası
Tarix: 12-06-2024, 16:55


Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.

Sülhməramlıların yerləşdiyi Xocalı aeroportunun üzərində Azərbaycan bayrağı qaldırılıb.

Xatırladaq ki, sülhməramlıların çıxarılması barədə qərar bu ilin aprelində Azərbaycan və Rusiya prezidentlərinin razılaşması nəticəsində qəbul edilib. 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Qarabağa 2 minədək hərbçi və 200-ə yaxın müxtəlif hərbi texnika gətirilmişdi.

2023-cü il sentyabrın sonunda erməni əhalinin Qarabağdan çıxmasından sonra sülhməramlılara ehtiyac qalmadı.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz