Separatçılarla bağlı istintaq başa çatıb - BAŞ PROKUROR

Xəbərin çap versiyası
Tarix: 24-06-2024, 15:35


Ötən ilin sentyabrında Qarabağda keçirilən əməliyyatlardan sonra həbs edilən oradakı separatçı qurumun rəhbərliyində olmuş şəxslərin istintaqı başa çatıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə baş prokuror Kamran Əliyev iyunun 24-də Xankəndidə "Mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda keçirilən elmi-praktik konfransda bəhs edib

K.Əliyev qeyd edib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb: "Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək".

Söhbət Qarabağdakı keçmiş separatçı qurumun liderləri- "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərindən gedir.

Onlar terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır cinayətlərdə ittiham edilirlər. Onların ayrılıqda ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Amma Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz