Rusiya Belqorod vilayətinin bir hissəsini boşaldır
Tarix: 12-08-2024, 14:17
Avqustun 12-də Moskva Ukrayna ilə həmsərhəd vilayətlərdən daha çox adamın köçürülməsinə göstəriş verib. Bu arada Rusiya ərazisinə Ukrayna ordusunun görünməmiş müdaxiləsi ilə mübarizə gedir.
Civilazerbaijan.com bildirir ki, ölkənin cənub-qərbində yerləşən Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da yazıb ki, hakimiyyət avqustun 12-də Krasnoyaruq rayonunun sakinlərini "daha təhlükəsiz" yerlərə köçürüb. Səbəb Ukrayna qüvvələrinin ərazidəki fəaliyyətidir.
Bu evakuasiya Ukrayna hərbçilərinin Rusiya daxilində 30 kilometrədək irəlilədiyi bir vaxtda baş verir. 2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi təcavüz başlayandan bəri ilk dəfədir Rusiya ərazisinə bu miqyasda müdaxilə gerçəkləşir.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, havadan müdafiə sistemləri ötən gecə Ukraynanın qərbi Kursk vilayəti üzərinə buraxdığı 11 dronu tutub.
Ukrayna qüvvələrinin Sverdlikovo və Porozda inzibati binaları tutmasının əks olunduğu bildirilən görüntülər yayılıb. 5 minədək əhalisi olan Suca şəhərində isə intensiv döyüşlər gedir.
Moskvanın müdaxiləni dəf etmək üçün rezerv qüvvələrə, aviasiya, tanklar, artilleriya və dronlara əl atdığı bildirilir.
Bütün bu səylərə baxmayaraq, Rusiya avqustun 11-də etiraf edib ki, Ukrayna qüvvələri bəzi ərazilərdə onun ərazisində 30 km-dək irəliləyə biliblər.
AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, Rusiya mediasının avqustun 10-da yazdığına görə, sərhəd ərazilərdə azı 76 min dinc sakin evakuasiya edilib, ertəsi gün daha çox adam çıxmalıdır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər