Putin Kurskda ukraynalıların hücumunun qarşısını almaq üçün "bəzi" hissələri Ukraynadan çıxarır
Tarix: 16-08-2024, 12:44
ABŞ Rusiyanın bəzi hissələrinin Ukraynanın işğal edilmiş ərazilərindən Kursk bölgəsinə köçürüldüyünü qeydə alır.
Civilazerbaijan.com bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Vedant Patel brifinqdə Turan-ın suallarına cavabda bəyan edib.
"Bu, Kiyevin transsərhəd əməliyyatının Moskvanı Ukraynanın özünə təzyiqi zəiflətməyə vadar etdiyinin ilk əlaməti ola bilər".
Patel qeyd edib ki, ABŞ Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Amerika silahlarından istifadəsinə qoyulmuş qadağanı ləğv etməyib.
"Bizim məqsədimiz ukraynalı tərəfdaşlarımızın Rusiyanın təcavüzündən qorunmaq üçün zəruri olan hər şeyə malik olmasını təmin etməkdir", deyə o bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər