Tramp Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə Keyt Kelloqu namizəd verib

Xəbərin çap versiyası
Tarix: 28-11-2024, 14:08


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə namizədini açıqlyıb.

Civilazerbaijan.com
bildirir ki, bu onun müdafiə məsələləri üzrə müşaviri olmuş, təqaüddəki general-leytenant Keyt Kelloqdur.

"Kit mənim ilk prezidentlik dönəmimdə milli güvənlik sahəsində bir çox məsuliyyətli vəzifədə çalışıb. O, görkəmli hərbi və işgüzar karyera qura bilib",- Trampın sosial şəbəkədəki paylaşımında dilə gətirdiyi sözlərdir.

Kelloqun elə öncədən onun yanında olduğunu deyən Tramp əlavə edib ki, onlar birlikdə "gücdən yararlanıb barışı, ABŞ və dünyadakı güvənliyi təmin edəcəklər".

"Reuters"in xəbərinə görə, Kelloqun Ukrayna savaşını bitirəcəyi iddia olunan planı döyüşlərin indiki mövqelərdə dayandırılmasını və hər iki tərəfin danışıqlar aparmağa məcbur edilməsini nəzərdə tutur.

Bilgiyə görə, ukraynalılar Kelloqun planına razılıq verməsələr, ABŞ Kiyevə ayrılan yardımı dayandıracaq. Rusiyalılar planı rədd edərlərsə, tam tərsinə, ABŞ Ukraynanın qələbəsi üçün gərəkli hər şeyi verəcək. Kelloqun planında Rusiyanı danışıqlara çəkmək üçün Ukraynanın NATO-ya üzvlüyü nəzərdə tutulmur.

San-Dieqo Dövlət Universitetinin siyasi elmlər professoru Mixail Alekseyev AzadlıqRadiosuna bildirib ki, tərəfləri danışıqlara məcbur etmək heç bir nəticə verməyəcək, "bunun niyə və necə baş vermədiyini görə biləcək ilk şəxs Kelloq olacaq".

Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, yeni Tramp administrasiyasının Ukraynaya dəstəyi azaltmaqla bağlı hər hansı qərarı Ukrayna ordusundan ötrü "ölüm hökmü" sayılacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz