Ukrayna Rusiya üçün döyüşən iki Şimali Koreya əsgərini ələ keçirib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 17:02


Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü bildirib ki, Ukrayna qüvvələri Rusiyanın Kursk bölgəsində rus qoşunları ilə yanaşı döyüşən iki Şimali Koreya əsgərini ələ keçiriblər.

Civilazerbaijan.com
bildirir ki, onun bu açıqlaması Ukrayna avqust ayında başlatdığı gözlənilməz müdaxilə zamanı ələ keçirdiyi əraziləri əlində saxlamaq məqsədilə Kurska yeni hücumlar həyata keçirməyə başlayandan iki gün sonraya təsadüf edib.

Moskvanın əks hücumu nəticəsində Ukrayna qüvvələri ruhdan düşüb, minlərlə əsgər ölüb və ya yaralanıb, Kurskda Ukraynanın ələ keçirdiyi 984 kvadrat kilometr ərazisinin 40 faizindən çoxu geri alınıb.

“Bizim əsgərlərimiz Kurskda Şimali Koreya əsgərlərini ələ keçirib. Bunlar sağ qalan, amma yaralı halda olan iki əsgərdir ki, onlar Kyivə aparılıb və Ukrayna təhlükəsizlik qüvvələri ilə ünsiyyətdədir,” Zelenski Telegram tətbiqində deyib.

O, pəncərələri üzərində barmaqlıqlar olan bir otaqda çarpayılarda dincələn həmin iki nəfərin fotolarını paylaşıb. Hər ikisində sarğı olub, birinin çənəsində, digərinin isə hər iki əli və biləyində.

Zelenski deyib ki, əsgərləri sağ-salamat ələ keçirmək “asan olmayıb”. O, iddia edib ki, Kurskda döyüşən Rusiya və Şimali Koreya qüvvələri Şimali Koreya əsgərlərinin mövcudluğunu gizlətməyə çalışıblar ki, buna yaralı yoldaşlarını Kyiv tərəfindən əsir götürülməmələri və dindirilməmələri üçün döyüş meydanında öldürmək daxildir.

Ukraynanın təhlükəsizlik xidməti SBU şənbə günü iki əsgərlə bağlı əlavə məlumat verib. Açıqlamada birinin heç bir sənədinin olmadığı, digərinin isə Rusiyanın Monqolustanla həmsərhəd bölgəsi olan Tuvadan olan bir şəxsin adına Rusiya hərbi biletini daşıdığı bildirilib.

“Əsirlər ukrayna, ingilis və ya rus dilini bilmirlər, ona görə də onlarla ünsiyyət Cənubi Koreya kəşfiyyatınlın əməkdaşlığı ilə koreyalı tərcüməçilər vasitəsilə həyata keçirilir,” açıqlamada deyilir.

SBU-nun məlumatına görə, əsgərlərdən biri iddia edib ki, ona Rusiyaya təlim keçmək üçün getdiyini deyiblər, Ukraynaya qarşı döyüşmək üçün deyil.

Agentlik hər iki şəxsin Cenevrə Konvensiyalarına uyğun olaraq tibbi yardımla təmin edildiyini və "Cənubi Koreya kəşfiyyatı ilə əməkdaşlıq çərçivəsində" araşdırıldığını bildirib.

Ukraynanın yüksək rütbəli hərbi rəsmisi keçən ay bildirib ki, Kurskda Rusiya qüvvələri ilə birlikdə döyüşən bir neçə yüz Şimali Koreya əsgəri döyüşdə ölüb və ya yaralanıb.

Ağ Ev və Pentaqon keçən ay Şimali Koreya qüvvələrinin cəbhə xəttində əsasən piyada mövqelərində döyüşdüyünü təsdiqləyib. Onlar rus bölmələri ilə, bəzi hallarda isə müstəqil şəkildə Kursk ətrafında döyüşürlər, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz