Ermənistan Parlamenti Avropa İttifaqına üzv olmaq üçün qanun layihəsini qəbul edib

Xəbərin çap versiyası
Tarix: 12-02-2025, 18:56


Ermənistan parlamenti "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, 63 deputat qanun layihəsinin “lehinə”, 7 deputat isə “əleyhinə” səs verib.

Ermənistan parlamenti qanun layihəsinin müzakirəsinə fevralın 11-də başlayıb. Təşəbbüsü qanun layihəsinin parlamentə təqdim edilməsi üçün müəyyən edilmiş müddət ərzində lazımi sayda imza toplayan “AvroReferendum” vətəndaş hərəkatı irəli sürüb.

Tələb olunan 50 min imza əvəzinə 60 min imza toplanıb.

Ermənistan hökuməti qanunlayihəsini yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı sənədi təsdiq edib.

2023-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində deyib ki, ölkəsi Aİ-yə daxil olmaq imkanlarını fəal şəkildə müzakirə edir. Bu bəyanatdan bir neçə ay sonra Avropa Parlamenti Avropa Komissiyası və Şuradan İrəvanı Brüssellə əməkdaşlığı genişləndirməkdə dəstəkləməyə çağıran xüsusi qətnamə qəbul edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz