Zelenski: Kiyevin iştirakı olmadan Moskva və Vaşinqtonun əldə etdiyi heç bir razılaşma qəbul edilməyəcək

Xəbərin çap versiyası
Tarix: 14-02-2025, 00:06


Prezident Volodimir Zelenski Xmelnitski AES-ə səfəri zamanı deyib ki, Ukrayna Kiyevin iştirakı olmadan Moskva və Vaşinqtonun əldə etdiyi heç bir ikitərəfli razılaşmanı qəbul etməyəcək."Bu gün hadisələrin danışıqların ikitərəfli olmasını təmin etmək üçün hər şeyi etmək istəyən Putinin planına uyğun inkişaf etməməsi vacibdir", o qeyd edib.

Civilazerbaijan.com
bildirir ki, Ukrayna prezidenti jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Trampın ilk dəfə prezident Vladimir Putinə zəng etməsini “prioritetlərin əksi” hesab etmir. Eyni zamanda, o, bunun "çox xoş olmadığını" deyib.

Zelenski xatırladıb ki, o bundan əvvəl də ABŞ prezidenti ilə üç dəfə danışıb. "Zənglər zəngdirsə, mən hər şeyi başa düşürəm, amma görüşlər bizim üçün prioritetdir. Yalnız Ukrayna-Amerika görüşündən və Putini necə dayandırmaq barədə plan hazırlandıqdan sonra ruslarla danışmağı ədalətli hesab edirəm", "Azadlıq" radiosunun Ukrayna xidməti ondan sitat gətirib.

Prezident Donald Tramp çərşənbə günü elan edib ki, o və Rusiya lideri telefon danışığı zamanı üç ilə yaxın davam edən münaqişəyə son qoymaq barədə Ukrayna lideri ilə dərhal danışıqlara başlamaqla bağlı razılığa gəliblər.

“Biz Ukraynanın prezidenti Volodimir Zelenskiyə zəng edərək onu bu söhbət barədə məlumatlandırmaqla başlayacağıq. Bunu elə indi edəcəyəm” , Tramp öz sosial media platforması Truth Social-da yazıb, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz