Trampla mübahisədən sonra Zelenski Ağ Evi tərk edib

Xəbərin çap versiyası
Tarix: 1-03-2025, 01:01


ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə ABŞ-ın Ukraynanın nadir minerallarına çıxışını təmin edəcək razılaşma əldə etdmək məqsədi daşıyan görüş iki lider arasında mübahisə ilə nəticələnib və Tramp Zelenskini “Ya sövdələşməyə gedəcəksiniz, ya da biz yoxuq” sözləri ilə hədələyib.

Civilazerbaijan.com
bildirir ki, Prezident Tramp görüşdən sonra sosial mediada verdiyi açıqlamada təklif olunan razılaşmanın ləğv olunduğuna işarə edib.

“Mən qərara gəldim ki, prezident Zelenski Amerikanın iştirakı ilə sülhə hazır deyil, çünki o düşünür ki, bizim iştirakımız danışıqlarda ona böyük üstünlük verir,” Tramp yazıb.

“O, Amerika Birləşmiş Ştatlarına onun əziz Oval Ofisində hörmətsizlik etdi. Sülh üçün hazır olanda geri gələ bilər,” Tramp bildirib.

Oval ofisdə onlarla amerikalı və ukraynalı müxbirin şahidi olduğu qızğın fikir mübadiləsi, görüşün təxminən 40-cı dəqiqəsində, Zelenski Rusiyanın 2014-cü ildə Krımı işğal etməsini gündəmə gətirməsi ilə daha qızışıb.

ABŞ-ın vitse-prezidenti JD Vans dərhal Zelenskini tənqid edərək onu “təbliğat turu”nda iştirak etməkdə ittiham edib.

“Düşünürəm ki, sizin Oval Ofisə gələrək, Amerika mediası qarşısında bunu iddia etməyə cəhd etməyiniz hörmətsizlikdir,” o, Zelenskiyə deyib.

Həm Vans, həm də Tramp Ukrayna liderini ölkəsinin Vaşinqtondan aldığı yardıma görə minnətdar olmamaqda ittiham ediblər.

“Hazırda sizin əlinizdə kartlarınız yoxdur,” Tramp səsini qaldıraraq deyib, Zelenski isə onu təkzib etməyə çalışıb. “Siz milyonlarla insanın həyatı ilə qumar oynayırsınız. Siz III Dünya Müharibəsi ilə qumar oynayırsınız.”

Zelenski planlaşdırılan birgə mətbuat konfransında iştirak etmədən Ağ Evi erkən tərk edib, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz