Böyük Yeddilər qrupu ABŞ-ın 30 günlük atəşkəs təklifindən sonra Ukrayna məsələsini müzakirə edəcək
Tarix: 12-03-2025, 21:39
Aparıcı sənayə ölkələrindən ibarət Böyük Yeddilər (G7) qrupunun xarici işlər nazirlərinin Kanadanın Kvebek şəhərində bir neçə gün danışıqlar aparacağı gözlənilir. Bu danışıqlara Rusiyanın üç ildi davam edən hərbi müdaxiləsinə qarşı Ukraynaya dəstəklə bağlı görüşlər daxildir.
Civilazerbaijan.com bildirir ki, danışıqlar Birləşmiş Ştatların Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqların ardınca Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmaq və təhlükəsizlik yardımını davam etdirmək barədə qərar verməsindən sonraya təsadüf edib.
Ukrayna çərşənbə axşamı səkkiz saata yaxın davam edən danışıqlardan sonra ABŞ-ın Rusiya ilə müharibəbə “təcili müvəqqəti 30 günlük atəşkəs” təklifini qəbul etməyə hazır olduğunu elan edib. Kreml hələ ki, təklifi qəbul etməyib.
Almaniya kansleri Olaf Şoltz 30 günlük atəşkəs təklifini alqışlayıb və çərşənbə günü X-də deyib ki, bu, “Ukrayna üçün ədalətli sülh yolunda vacib və düzgün addımdır.”
“Biz Ukrayna və Birləşmiş Ştatların yanındayıq və Ciddədən gələn təklifləri alqışlayırıq. İndi Putindən asılıdır,” Şotlz deyib.
Kreml ABŞ və Ukraynanın atəşkəs təklifi ilə bağlı dərhal şərh verməyib. Rusiyanın Xarici İşlər Nazirliyi sadəcə olaraq deyib ki, bu həftə ABŞ rəsmiləri ilə danışıqlar baş tuta bilər.
ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı müxbirlərə deyib ki, Ukrayna müharibəyə son qoymaq üçün konkret addım atıb.
“İndi ümid edirəm ki, biz bu təklifi ruslara götürəcəyik. Biz ümid edirik ki, onlar ‘hə’ deyəcək, onlar sülhə ‘hə’ deyəcək. Top indi onların meydançasındadır,” o deyib.
Ciddədə danışıqlarda Marko Rubio ilə birlikdə ABŞ tərəfindən nümayəndə heyətinə rəhbərlik edən milli təhlükəsizlik müşaviri Mayk Valtz deyib ki, o “yaxın günlərdə” rusiyalı həmkarı ilə danışacaq.
Cümə axşamı NATO-nun baş katibi Mark Rutte Ağ Evi ziyarət edəcək. Bu müzakirələrin hamısı sülh prosesini irəlilətmək səylərinin bir hissəsidir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-Ukrayna danışıqlarında iştirak etməyib, amma o, çərşənbə axşamı gündəlik müraicətində deyib ki, atəşkəs planı “müsbət təklifdir”, Amerikanın Səsinin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər