Məhkəmə Əkrəm İmamoğlu barəsində həbs qərarı verib

Xəbərin çap versiyası
Tarix: 23-03-2025, 15:55


İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib və o, tezliklə həbsxanaya aparılacaq.

Civilazerbaijan.com
bildirir ki, məhkəmə prokurorun bələdiyyə sədrinin həbsə ilə bağlı vəsatətini təmin edib.

Əkrəm İmamoğluna qarşı iki ittiham irəli sürülüb. Biri meriyadakı korrupsiya, digəri terrora yardımdır. Onun korrupsiya işi ilə bağlı həbs edildiyi qeyd olunur.

Bu arada, ittiham tərəfinin vəsatətində "silahlı terror təşkilatına yardım etmək”, "cinayətkar təşkilat yaratmaq”, "tender nəticələrini saxtalaşdırmaq” və "rüşvət alma” iddiaları yer alıb.

Əkrəm İmamoğlu il yanaşı daha 18 nəfər haqqında həbs qərarı çıxarılıb: Ali İlbak, Adem Tuncay, Ahmet Köksal, Ali Nuhoğlu, Eyüp Subaşı, Kamil Timur Delibaş, Murat Abbas, Mete Sarıaltun, Alper Aydın, Serdal Taşkın, Serkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Ahmet Çiçek, Yusuf İlbak, Servet Yıldırım, Serdar Haydanlı və Buğra Gökçe.

Ahmet Palazoğlu, Alihan Aydın, Ercan Saatçi, Alperen Aydın, Bayram Taşkın, Canan Münüklü, Cemal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan isə "xaricə çıxış qadağası" və "imza ilə adli nəzarət tədbiri" tətbiq edilərək sərbəst buraxılıb.

Qeyd edək ki, 54 yaşlı Əkrəm İmamoğlu martın 19-da saxlanılıb. Bir neçə gün sonra onun növbəti prezident seçkisində müxalifətin namizədi kimi irəli sürülməsi gözlənilirdi.

İstanbulun meri martın 22-də beş saat dindirilib. “Cümhuriyyet” qəzeti onun qadağan olunmuş PKK ilə iddia olunan əlaqələri ilə bağlı dinridildiyini yazır. Martın 21-də isə İmamoğlu korrupsiya iddiaları üzrə 5 saat dindirilmişdi.

İmamoğlunun həbsi ölkədə siyasi gərginliyə, etirazlara səbəb olub. Polis etirazçıları gözyaşardıcı qazla dağıdıb. Etirazlar hələ də davam edir.

Hüquq müdafiəçiləri və ictimai şəxslərin çoxu İmamoğlunun saxlanmasını siyasi motivli sayır, məqsədin növbəti prezident seçkisində Ərdoğanın əsas rəqibini indidən kənarlaşdırmaq olduğunu deyirlər.

Hökumət ittihamları rədd edir, məhkəmələrin müstəqil orqanlar olduğunu bildirir.

Əkrəm İmamoğlu bəzi rəy sorğularında Rəcəb Tayyib Ərdoğandan öndə gəlir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz