Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 17-ci paketini təsdiqləyib

Xəbərin çap versiyası
Tarix: 14-05-2025, 15:11


Avropa İttifaqı (Aİ) səfirləri mayın 14-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi ilə əlaqədar bu ölkəyə qarşı 17-ci sanksiyalar paketini qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak bu barədə məlumat verib.

Həmçinin insan hüquqlarının pozulmasında, "hibrid əməliyyatlar" adlandırılan fəaliyyətlərdə və kimyəvi silahların yayılmaması rejiminin pozulmasında ittiham olunan Rusiya vətəndaşlarına qarşı sanksiyalar ayrıca təsdiqlənib.

Aİ xarici işlər nazirlərinin mayın 20-də sanksiyalara yekun təsdiq verəcəyi gözlənilir.

Sanksiya siyahısı hələ dərc edilməyib. KİV-in məlumatına görə, siyahıya onlarla hüquqi və fiziki şəxs, həmçinin Rusiyanın "kölgə donanması"na aid tankerlər daxil olacaq. Bu paketdə sektoral sanksiyalarının genişləndirilməsindən söhbət getmir.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen növbəti sanksiyalar paketinin qəbul olunması ilə bağlı razılaşmanı alqışlayıb. Onun sözlərinə görə, yeni sanksiyalar paketi Rusiya üçün "döyüş meydanında istifadə edilən texnologiyalara çıxışı daha da məhdudlaşdırır".

"Biz həmçinin Rusiyanın enerji ixracatını hədəf almaq üçün "kölgə donanması"nın əlavə 189 gəmisini siyahıya salmışıq. Bu müharibə bitməlidir. Kreml üzərində təzyiqi yüksək səviyyədə saxlamağa davam edəcəyik", - Avropa Komissiyasının prezidenti mayın 14-də X platformasındakı paylaşımında bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz