İranda etirazlar böyüyür, internetə giriş kəsilib
Tarix: Dünən, 13:41
Foto: Fars News Agency
İranda hakimiyyət əleyhinə etirazların böyüməsi fonunda internetə giriş və telefon xətləri kəsilib.
Civilazerbaijan.com bildirir ki, rialın devalvasiyasına etiraz olaraq başlayan nümayişlər 12 gündür davam edir.
Yanvarın 8-də Tehran və digər iri şəhərlərdə etirazlardan sonra ölkə üzrə internetə girişin kəsildiyi barədə xəbərlər gəlib. Bu günə qədər etirazlarda 8-i uşaq olmaqla 45 nəfərin öldürüldüyü, yüzlərlə etirazçının yaralandığı və 2,000-dən çoxunun həbs olunduğu bildirilir.
İran prezidenti Məsud Pezeşkian yanvarın 8-də verdiyi bəyanatda təhlükəsizlik qüvvələrini dinc etirazçıları hədəf almaqdan çəkinməyə çağırıb.
ABŞ prezidenti Donald Tramp isə qonaq olduğu radio verilişində etirazçıların öldürüləcəyi təqdirdə İrana zərbə endirəcəyini deyib. O, indiyə qədər ölən etirazçıların məhz polis tərəfindən öldürüldüyünü istisna edib. (Mənbə: Toplum TV)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














