Epşteyn fayllarında adı çəkilən keçmiş Britaniya şahzadəsi həbs olunub
Tarix: 19-02-2026, 16:20
Foto: açıq mənbə
Keçmiş Britaniya şahzadəsi Endryu Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək həbs olunub.
Civilazerbaijan.com bildirir ki, Britaniya polisinin məlumatına görə, Endryu “ətraflı araşdırmalar”dan sonra saxlanılıb və hazırda barəsində istintaq başlanıb. İttiham barəsində əlavə məlumat verilməyib.
Polis daha öncə bildirmişdi ki, keçmiş şahzadənin Cefri Epşteynlə məxfi sənədləri paylaşması iddiası araşdırılır. "Epşteyn faylları"nda adı keçən Endryu ötən ilin oktyabrında şahzadə titulundan məhrum olunub.
Epşteynin azyaşlı kimi cinsi istismara məruz qoyduğu qadınlardan biri Virciniya Cufre yeniyetmə yaşlarında şahzadə Endryu tərəfindən 3 dəfə zorlandığı barədə iddialar səsləndirib. Endryu isə bu iddiaları həmişə rədd edib.
Polis bu ayın əvvəlində bu iddiaların araşdırıldığını bildirmişdi.
ABŞ Ədliyyə Nazirliyi 3 milyon sənədi yayandan sonra Endrü hər hansı şərh verməyib. Sənədlərə görə, o, 2010-cu ildə rəsmi səfərlərə getdiyi Vyetnam, Sinqapur və digər yerlər barədə Epşteynə informasiya ötürüb.
Bu gün keçmiş şahzadənin 66 yaşı tamam olur.
Ötən ilin oktyabrında onun şahzadə titulu alınıb və Norfolkda yaşayır.
Cufre isə ötən ilin aprelində ölü tapılıb. Onun oktyabrda dərc olunan memuarında da bu iddialar təkrar olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













