İsrail Əli Laricaninin öldürüldüyünü bildirir

Xəbərin çap versiyası
Tarix: 17-03-2026, 20:36


İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani martın 17-nə keçən gecə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hücumu nəticəsində həyatını itirib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə “Times of Israel” nəşri İsrail ordusunun (SAXAL) bəyanatına istinadən məlumat yayıb.

Daha sonra İsrailin müdafiə naziri İsrael Kats da ölüm faktını təsdiqləyib.

Əli Laricani ölkənin Ali dini rəhbəri Əli Xameneinin ölümündən sonra öldürülən ən yüksək vəzifəli İran rəsmisidir.

“The New York Times” yazırdı ki, ABŞ və İsrailin hücumundan öncə İranın faktiki rəhbəri məhz Laricani olub. Əli Xamenei ona etirazların yatırılması və müharibəyə hazırlıq tapşırmışdı. O, həmçinin Tehranın əsas tərəfdaşları – Rusiya, Qətər və Omanla əlaqələri saxlayır, eləcə də İranın nüvə proqramı ilə bağlı ABŞ ilə aparılan danışıqlara nəzarət edirdi. İran hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.

SAXAL həmçinin açıqlayıb ki, Tehranda həyata keçirilən “dəqiq zərbə” nəticəsində könüllü hərbiləşdirilmiş “Bəsic” birləşməsinin komandanı Qolamrza Süleymani də öldürülüb. “Bəsic” İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) tabedir və o cümlədən İranda hökumət əleyhinə etirazların yatırılması ilə məşğul olur.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Əsas səbəb isə İranın nüvə proqramı, regional təsiri və ABŞ-İsrail maraqlarına təhlükə yaratması olub. Hücumlar zamanı İranın ali dini lideri Əli Xamenei martın 2-də öldürülüb. Nəticədə regionda gərginlik artıb və mülki əhali ilə infrastruktur ciddi zərər görüb. Tehranın da cavab zərbələri fonunda yaranan regional gərginlik neft və qazın qiymətlərində kəskin artıma səbəb olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz