Donald Tramp müttəfiq ölkələri tənqid edib

Xəbərin çap versiyası
Tarix: 31-03-2026, 21:49


ABŞ prezidenti Donald Tramp ölkəsinə müttəfiq olan dövlətləri tənqid edib.

Civilazerbaijan.com
bildirir ki, o, martın 31-də “Truth Social” platformasında müttəfiq ölkələri İrana qarşı hücumlarda ABŞ-yə kömək etməməkdə ittiham edib.

“Hörmüz boğazına görə reaktiv yanacaq ala bilməyən bütün ölkələrə, məsələn, İranın başının kəsilməsində iştirak etməkdən imtina edən Birləşmiş Krallığa, bir təklifim var. İlk növbədə, yanacağı ABŞ-dən alın, bizdə çoxdur. İkincisi, bir az gec də olsa cəsarət toplayın, boğaza gedin və yanacağı götürün. Özünüz üçün necə mübarizə aparmağı öyrənməyə başlamalısınız, ABŞ artıq həmişə sizə kömək etməyəcək, necə ki, siz bizə etmədiniz. İran, əslində, məhv edilib. İşin çətin hissəsi bitdi. Gedin öz neftinizi əldə edin!”, - o qeyd edib.

Tramp bunun ardınca etdiyi paylaşımda isə Fransanı İsrailə hərbi avadanlıqlar daşıyan təyyarələrə hava məkanını bağlamaqda günahlandırıb. “ABŞ bunu xatırlayacaq!”, - o əlavə edib.

Fransa Trampın iddiası barədə hələ ki açıqlama verməyib. Martın 30-da isə İspaniya hava məkanını ABŞ hərbi təyyarələrinə bağladığını xəbər verib.

Fevralın 28-dən bəri ABŞ və İsrail İrana qarşı havadan hücumlar həyata keçirir. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirir.

İran həm də dünya neft tədarükünün 20%-inin aparıldığı Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Tramp İrana boğazın açılması üçün aprelin 6-a qədər vaxt verib, əks halda İranı enerji stansiyalarını bombalamaqla hədələyib, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz