İstanbulda İsrail konsulluğu qarşısında atışma: ölən və yaralananlar var
Tarix: Dünən, 16:41
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib.
Civilazerbaijan.com bildirir ki, insident zamanı bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bundan başqa, iki polis əməkdaşı da hadisə zamanı yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib.
Silahlı insidentlə bağlı istintaq başlanılıb. Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında yazıb. Onun sözlərinə görə, istintaq çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru hadisə yerinə ezam olunub:
"Onlar hadisə yerinə gedərək araşdırmalara başlayıb. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması məqsədilə hüquq-mühafizə qurumları birgə işləri davam etdirir, istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır".
Daxili işlər naziri Mustafa Çiftçinin sözlərinə görə isə, basqınçıların "dindən sui-istifadə edən" təşkilatla əlaqələri olub. Nazir onların ikisinin qardaş olduğunu əlavə edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












